Azərbaycan Ukrayna Konqresinin sədri: “Qarabağın quldurlardan tam təmizlənməsi təhlükəsizliyi təmin edəcək”

Siyasət


“Qarabağ bölgəsinin separatçı ünsürlərdən və quldur birləşmələrindən tam təmizlənməsi etnik və dini mənsubiyyətindən asılı olmayaraq, dinc əhalinin təhlükəsizliyini təmin edəcək”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin sədri, Birinci Qarabağ müharibəsi veteranı Yuri Osadçenko deyib.

“Ukrayna Azərbaycan Konqresi bütün Azərbaycan xalqı kimi Qarabağ iqtisadi rayonunda antiterror tədbirlərini bəyənmə və böyük ruh yüksəkliyi ilə qarşıladı. Ermənistanın 2020-ci ildəki Üçtərəfli Bəyannaməni imzalayarkən üzərinə götürdüyü öhdəlikləri, xüsusən də Rusiyanın sülhməramlı kontingentinin regiona yerləşdirilməsi ilə paralel olaraq Ermənistan silahlı qüvvələrinin tamamilə çıxarılmasını nəzərdə tutan 4-cü bəndi yerinə yetirməməsi bütün dövlətləri tükəndirib”, – Y.Osadçenko bildirib.

Onun sözlərinə görə, milli mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları böyük ümidlə Ermənistan silahlı qüvvələrinin torpağımızdan tamamilə çıxarılmasını və konstitusiya quruluşunun tezliklə bərpasını gözləyir:

“İndi əsas məsələ silahlı dəstələri çıxarıb yaşamağa başlamaqdır. Bir daha kənardan heç kimə bizim münasibətlərimizə xələl gətirməyə imkan verməyin. Bundan sonra öz gələcəyimizi yazırıq”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir