Annalena Berbok: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyi şübhə altına alınmamalıdır”

Siyasət


“Həm Ermənistanın, həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi şübhə altına alınmamalıdır”.

“Report” xəbər verir ki, bu barədə BMT TŞ-nin Qarabağdakı vəziyyətlə bağlı iclasındakı çıxışında Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

Almaniyalı nazir Azərbaycan və Ermənistanı Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlara qayıtmağa çağırıb:

“Bu münaqişə 30 ildən çox əvvəl başlayandan bəri çoxsaylı insan itkisi ilə nəticələnib. Bizə, region xalqlarına lazım olan Ermənistanla Azərbaycan arasında davamlı sülhdür”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir