Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq planına əsasən, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hərbi hüquq ixtisası üzrə ekspertlərin görüşü keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi, qardaş ölkənin hərbi qanunvericilik aktlarının Azərbaycan Respublikasının qanunvericiliyinə inteqrə edilməsi, döyüş və əməliyyat şəraitində beynəlxalq hüquq və konvensiyaların tətbiq edilməsi mexanizminin hazırlanması mövzularında ətraflı müzakirələr aparılıb.
Həmçinin hərbi hüquqşünasların xidməti fəaliyyətində qabaqcıl təcrübənin öyrənilməsi, onların xaricdə təhsili, habelə ikitərəfli əməkdaşlığın gələcək perspektivləri və bir sıra digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
www.RIA24.az