Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb – FOTO

Siyasət


Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində iştirak edən Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosil şəbəkəsindəki səhifəsində məlumat verilib.

Bildirilir ki, tərəflər ikitərəfli münasibətlər və son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərin reinteqrasiya prosesi və qeyri-qanuni erməni qüvvələrinin Azərbaycan tərəfindən tərk-silahı prosesi vurğulanıb.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir