Fransa Qarabağ ermənilərini gözləmir.
Bu barədə Fransanın İrəvandakı səfiri Olivye Dekottininin bəyanatından aydın olub.
O, ölkəsinin Qarabağ ermənilərini qəbul etməyə hazır olması ilə bağlı xəbərləri təkzib edib.
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrin erməni seqmentində Fransanın Qarabağın erməniəsilli sakinlərini qəbul etdiyi barədə xəbərlər yayılmışdı və onların şəxsiyyət vəsiqələri ilə Fransa konsulluğuna yaxınlaşmaları istənilmişdi.
Ancaq görünür, bu günə kimi mövqeyində özünü ermənilərdən daha çox erməni kimi aparan “böyük bacı”nın “himayəsi” buraya qədər imiş; məsələnin bir ucu özlərinə toxunanda Paris yaxasını kənara çəkdi.
www.RIA24.az