“Kreml ABŞ-nin Qarabağla bağlı müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür”.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, jurnalistin Qarabağ nizamlanması üzrə ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi Rusiya ilə bu mövzuda təmasların olub-olmadığı barədə sualını cavablandırıb.
“Xeyr, biz hələlik burada heç bir konkretlik görmürük. Bundan başqa, hər hansı missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər”, – deyə o vurğulayıb.
Peskov qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini mövcud mandata uyğun olaraq davam etdirmək niyyətindədirlər.
Mənbə: TASS
www.RIA24.az