ABŞ Dövlət Departamenti: “Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtmasını istəyirik”

Siyasət


“ABŞ Azərbaycan və Ermənistanın yekunda layiqli və davamlı sülhə nail ola biləcəkləri danışıqlar masasına qayıtmasını istəyir”.

“Trend”in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.

“ABŞ dövlət katibi Azərbaycan və Ermənistan liderləri ilə birbaşa müzakirələr aparıb. ABŞ-nin bir sıra rəsmiləri təkcə ötən həftə deyil, son aylarda da regiona səfərlər ediblər. Biz diplomatik səylərin davam etməsi üçün mümkün olan hər şeyi etmişik. Lakin yadda saxlamaq lazımdır ki, son nəticədə fikir ayrılıqları olan iki tərəf var. Biz əlimizdən gələni edə bilərik, amma sonda onlar danışmağa və hansısa həll yoluna gəlməyə razılıq verməlidirlər. Biz bu prosesdə yardımçı rolumuzu davam etdirmək niyyətindəyik”, – Miller qeyd edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir