Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çinə səfər edəcək.
APA xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min Bakıda ÇXR-in yaranmasının 74-cü ildönümünə həsr olunmuş tədbirdə deyib.
Səfirin sözlərinə görə, Şahin Mustafayev Çin-Azərbaycan hökumətlərarası ticarət-iqtisadi əməkdaşlığı üzrə Komitənin doqquzuncu iclasına rəhbərlik edəcək.
Şahin Mustafayev isə öz növbəsində qeyd edib ki, noyabr ayında Çində Komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulur:
“Ümid edirəm ki, bu iclasda qəbul edəcəyimiz qərarlar Azərbaycan-Çin əlaqələrinin hərtərəfli inkişafına töhfə verəcək. Azərbaycan nümayəndə heyəti eyni zamanda, Şanxay şəhərində keçiriləcək sərgidə də iştirak edəcək”.
www.RIA24.az