Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan Sankt-Peterburqda qeydiyyatdan keçmiş “Atlanta Investments” şirkətindəki payını Ermənistan vətəndaşı Artur Əmirxanyana təhvil verib.
Bu barədə məlumat Rusiyanın hüquqi şəxslərin dövlət reyestrində qeyd olunub.
Məlumata əsasən, sövdələşmə sentyabrın 26-da qeydə alınıb və görünür, həmin vaxt Vardanyan özü Xankəndidə olduğundan etibarnamə ilə həyata keçirilib.
Xatırladaq ki, əvvəllər o, Rusiyadakı aktivlərinin bir hissəsini həyat yoldaşı Veronika Zonabend və onun qohumunın adına keçirib. Rusiyada Vardanyanın hələ də “Kamaz”da payı var (“Avtoinvest” MMC, “Vosxod” MMC vasitəsilə, təxminən 5%).
Qeyd edək ki, Vardanyan 2022-ci ilin dekabrında Rusiya vətəndaşlığından imtina edib. O, sentyabrın 27-də “Laçın” dövlət sərhəd buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində saxlanılıb.
Mənbə: octagon.media
www.RIA24.az