“Qardaş Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) yaxınlığında baş verən terror hücumunu kəskin şəkildə pisləyirik”.
Bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında yer alıb.
“Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik”, – Azərbaycan XİN-in paylaşımında qeyd edilib.
Qardaş #Türkiyə|nin Daxili İşlər Nazirliyi yaxınlığında baş verən terror hücumunu kəskin şəkildə pisləyirik.
Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik. @MFATurkiye pic.twitter.com/d8lLm60ZhF
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) October 1, 2023
www.RIA24.az