“Təəssüf ki, Azərbaycan yalan danışmır. Qarabağda onlarla anbar ərzaqla doludur və Qarabağ məmurları bilərəkdən öz xalqını ac qoyublar”.
Bu barədə erməni bloqer Roman Baqdasaryan özünün “Telegram” kanalında paylaşım edib.
“Olduqca çox ərzaq var idi, lakin Qarabağın deputatları, nazirləri və “Milli Təhlükəsizlik Xidməti” bilərəkdən xalqı ələ saldılar”, – deyə Baqdasaryan bildirib.
O qeyd edib ki, məsələn, Arayik Arutyunyanın Qırmızı Bazarda və Maçkalaşen yaxınlığında birillik günəbaxan yağı ehtiyatı olub.
Xatırladaq ki, bundan əvvəl erməni jurnalist Bella Lalayan Azərbaycanın Qarabağ bölgəsində ləğv edilmiş separatçı xuntanın rəhbərlərini Qarabağ erməniləri ilə “məzələnməkdə” ittiham edib.
Bella Lalayan Xankəndidə ərzaqla dolu olan anbarların əks olunduğu kadrları yayımlayıb və Qarabağda bol miqdarda qidanın olduğunu vurğulayıb.
www.RIA24.az