AŞPA vitse-prezidenti: “Azərbaycan torpaqlarını geri qaytarmaqla beynəlxalq hüququn tələblərini reallaşdırıb”

Siyasət

“Azərbaycan öz ərazisini işğaldan azad etməklə, ümumilikdə beynəlxalq hüququn prinsip və normalarını reallaşdırıb”.

Bunu “Report”a açıqlamasında Ukrayna Ali Radasının xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, AŞPA-nın vitse-prezidenti Aleksandr Merejko bildirib.

“Çünki BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Azərbaycan da, sadə dildə desək, bu qətnamələrin tələblərini reallaşdırıb. Burada heç bir problem yoxdur. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq işğala son qoyulub və Azərbaycanın ərazi bütövlüyü təmin edilib”, – o, deyib.

A.Merejko onu da bildirib ki, 30 ildə Ermənistanın işğal olunmuş torpaqlarda törətdiyi dağıntılarla bağlı hər iki tərəfdə olan informasiya əsasında beynəlxalq məhkəməyə müraciət etmək olar: “Bu aqressiya aktının vurduğu ziyanı hesablamaq lazımdır. Lakin bunun beynəlxalq formatda həyata keçirilmə mexanizmi hələ ki, aydın deyil. Azərbaycanın ərazilərini işğal etməklə Ermənistan beynəlxalq hüquq prinsiplərini, ərazi bütövlüyü, suverenlik haqqı və güc tətbiq etməmək prinsiplərini pozub”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir