Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.
APA-nın xəbərinə görə, bu, “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi ilə hazırlanıb.
Layihə parlamentin oktyabrın 6-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
www.RIA24.az