Vətən müharibəsinin doqquzuncu günündə azad edilən ərazilər – FOTO/VİDEO

Siyasət


Azərbaycan Ordusunun Vətən müharibəsində Cəbrayılın bir neçə kəndini və strateji yüksəklikləri azad etməsindən üç il ötür.

Oxu.Az xatırladır verir ki, 2020-ci il oktyabrın 5-də Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi “Twitter” (hazırda “X”) səhifəsində paylaşım edib.

Həmçinin, qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının iki, 41-ci artilleriya alayının iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 63-cü tank taborunun daha üç tankı məhv edilib.

Aprel döyüşlərində düşmənin altı tankını məhv etdiyinə görə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş gizir Tahir Misirxanov Vətən müharibəsinin başlanmasından ötən doqquz gün ərzində Ermənistan ordusunun daha 11 zirehli texnikasını sıradan çıxarıb.

2020-ci il oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə raket buraxılışını qeydə alıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir