Türkiyəli jurnalist: “Qarabağda gördüklərim məni təəccübləndirdi”

Siyasət


“İlk dəfə idi ki, Qarabağda olurdum. Burda gördüklərim məni təəccübləndirdi”.

Bunu “Report”un Xocalıya ezam olunmuş əməkdaşına açıqlamasında türkiyəli jurnalist Hayati Başarslan deyib.

O bildirib ki, ermənilər əraziləri minalayıblar: “Onların burada narkotik maddələr istehsal etdiyinə dair məlumatlar da var. Bunlar humanizmə qarşı atılmış addımlardır, qəbuledilməzdir. Mənim də övladım var. Burda gördüklərimdən sonra istər-istəməz ondan narahat olmağa başladım. Təəssüf ki, ermənilərin cinayətləri beynəlxalq medianı o qədər də maraqlandırmır. Gəlib, çəkib gedirlər. Halbuki ciddi araşdırmalara ehtiyac var”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir