“Global Media Group” şirkətinin media direktoru Həmid Həmidov mayın 12-13-də Şuşada keçirilən “Xarıbülbül” festivalının izləyicilərindən biri olub.
Qeyd edək ki, bu festival ilk dəfə hələ 1989-cu ildə Azərbaycan mədəniyyətinin beşiyi olan şəhərdə təşkil edilib. 1991-ci ilədək tədbir hər il mütəmadi qaydada Şuşa və Qarabağın digər şəhərlərində baş tutub. 1990-cı ildə isə “Xarıbülbül” beynəlxalq status alıb. Nəhayət ki, 30 il sonra o, yenidən doğma Şuşaya qayıdıb.
CBC TV kanalına müsahibəsi zamanı Həmid Həmidov ölkəmizin qədim mədəniyyət paytaxtında təşkil olunan festival barədə təəssüratlarını danışıb.