Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrailə hücumları pisləyib

Siyasət


Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrailə qarşı genişmiqyaslı hücumlar ilə bağlı bəyanat yayıb.

Oxu.Az bəyanatı təqdim edir:

“Bu gün Qəzza sektoru ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri, yaşayış məntəqələrini və mülki şəxsləri qəsdən hədəf alan, raket zərbələri ilə müşayiət edilən hücumları qətiyyətlə pisləyirik.

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara isə şəfa diləyir.

Bu çətin zamanda İsrail xalqının yanındayıq”.

www.RIA24.az