İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Yaponiyadan olan iş adamlarını işğaldan azad edilmiş ərazilərə investisiya yatırmağa dəvət edir.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Osaka-Azərbaycan Turizm Forumunda KOBİA-nın İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanla Yaponiya arasında biznes əlaqələrinin inkişafını dəstəkləyir:
“İki ölkə arasında əlaqələr dedikdə təbii ki, ilk olaraq turizm xatırlanır. KOBİA olaraq biz turizm əlaqələrinin inkişafı üçün çalışan sahibkarlıq subyektlərini dəstəkləməyə hazırıq”.
www.RIA24.az