İranın ali dini rəhbəri Xamenei: “İsrailə hücumu fələstinlilər özləri təşkil ediblər”

Siyasət


“Fələstinlilər İsrailə hücum əməliyyatını özləri heç kimin köməyi olmadan həyata keçiriblər”.

Bu barədə İranın ali dini rəhbəri Əli Xamenei bildirib.

O, HƏMAS-ın hücumlarını dəstəkləyib və Qəzza əməliyyatını “sionist rejimin kəşfiyyatının düzəldilməsi mümkün olmayan səhvi və hərbi uğursuzluğu” adlandırıb.

İranın ali dini lideri baş verənlərə görə İsrailin məsuliyyət daşıdığını bildirib.

“Qəddarlıq və cinayət bütün sərhədləri aşdıqda, fırtına gözləmək lazımdır. Bu fəlakəti öz başlarına gətirən sionistlərdir”, – deyə Xamenei vurğulayıb.

Mənbə: Interfaks

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir