Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstana gedib

Siyasət

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, Komitə Azərbaycandan kənarda yaşayan hər bir soydaşımızla bağlı məsələlərə həssaslıqla yanaşır və onların problemlərini daim diqqət mərkəzində saxlayır. 

Nümayəndə heyətinə Komitə sədrinin müavini Vaqif Seyidbəyov rəhbərlik edir.

Səfər çərçivəsində soyadaşlarımızın kompakt yaşadığı ərazilərdə görüşlər keçirilir, onların problemləri dinlənilir, dostluq və mehribanlıq şəraitində yaşamaq, ümumi fəaliyyət göstərmək istiqamətində danışıqlar aparılır.

Nümayəndə heyətinin Gürcüstanın bir sıra dövlət orqanlarında görüşləri planlaşdırılıb.

Xatırladaq ki, mayın 16-da Gürcüstanın Dmanisi şəhərində azərbaycanlılar və svanlar arasında qarşıdurma yaranıb. Buna Dmanisinin “9 aprel” küçəsi 23-də yerləşən azərbaycanlı ailəyə məxsus “Ömər” marketə kütləvi hücum səbəb olub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir