Bişkekdə MDB XİN başçılarının Şurası öz işinə başlayıb, Ceyhun Bayramov qırğız həmkarı ilə görüşüb – FOTO

Siyasət


Qırğız Respublikasının paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurası öz işinə başlayıb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) “X” sosial şəbəkəsində məlumat yayıb.

Xarici işlər nazirləri MDB-nin əməkdaşlıq gündəliyində əsas yer tutan, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevlə görüşüb. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasında iştirak edir.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir