“Azərbaycanla əlaqələrimizi bütün sahələrdə inkişaf etdirəcəyik”.
“Report” xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 12-də Azərbaycana səfərə yola düşməmişdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iki ölkə arasında əlaqələrin inkişafı vacibdir:
“Azərbaycanla əlaqələrimizi təhsil, mədəniyyət və iqtisadi sahələrdə inkişaf etdirəcəyik. Şimali Kipr bayrağını Azərbaycanda dalğalandıracağıq”.
www.RIA24.az