“Qarabağ Azərbaycanın tərkib hissəsidir”.
“Report”un Fransa bürosu xəbər verir ki, bunu Xorvatiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Qarabağdakı vəziyyətlə bağlı məruzə hazırlayan Domagoj Hajdukovic qurumun payız sessiyasında çıxışı zamanı bildirib.
O deyib ki, Qarabağın erməni sakinlərinin bölgəni tərk etməsi 30 il davam etmiş işğalın nəticəsidir.
D.Hajdukovic vurğulayıb ki, heç bir ölkə qondarma Dağlıq Qarabağ Respublikasının “müstəqilliyini” tanımayıb və Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub.
www.RIA24.az