Paşinyan Azərbaycanla sərhəddə delimitasiyanın vacibliyini vurğuladı

Siyasət

“Sərhədlərin dəqiqləşdirilməsi Azərbaycan kimi, Ermənistan üçün də zəruridir”.

“RİA Novosti” xəbər verir ki, bunu Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan hökumətin iclasında deyib.

“Bölgədəki vəziyyətin sabitləşdirilməsi bizim üçün vacibdir. Sərhədlərin dəqiqləşdirilməsi, müəyyənləşdirilməsi və müəyyən bir mərhələdə demarkasiya və delimitasiya təhlükəsizliyin vacib zəmanətdir”, – deyə o vurğulayıb.

Paşinyan əlavə edib ki, hökumətin prioritetlərindən biri də regional kommunikasiyanın açılmasıdır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir