Azərbaycan ilə Rusiya arasında bir sıra sənədlər imzalandı

Siyasət

Azərbaycanın Baş naziri Əli Əsədovla Rusiya Federasiyası (RF) Baş naziri Mixail Mişustin arasında Moskva şəhərində keçirilən danışıqların yekunlarına dair bir sıra sənədlər imzalanıb.

Tərəflər Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi ilə RF Rəqəmsal İnkişaf, Rabitə, İctimai Nəqliyyat Nazirliyi arasında rabitə və rəqəmli texnologiyalar arasında əməkdaşlıq sazişi;

Dövlət Gömrük Komitəsi ilə RF Federal Gömrük Xidməti arasında bəzi növ mallara dair gömrük nəzarətinin elektron şəkildəki nəticələrinin qarşılıqlı tanınmasına dair protokol;

Qida Təhlükəsizliyi Agentliyi ilə RF Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq əməkdaşlığı sazişi;

Əqli Mülkiyyət Agentliyi ilə RF Federal Əqli Mülkiyyət Xidməti arasında anlaşma memorandumu;

Qida Təhlükəsizliyi Agentliyi ilə RF Federal Baytarlıq və Fitosanitariya Nəzarəti Xidməti arasında bitki karantini sahəsindəki informasiya sistemlərinin inteqrasiyasına dair protokol;

Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxslə (Azstand) Rusiya İxracat Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir