Bakıda Şimali Kipr Türk Respublikası ilə bağlı rəsm sərgisi açılıb.
“Report”un xəbərinə görə, tədbirdə Şimali Kipr Prezidenti Ersin Tatar, türk diplomatlar, fotoqraflar və media nümayəndələri iştirak ediblər.
Sərgidə kiprli fotoqrafların çəkdiyi şəkillər, Şimali Kiprə məxsus milli geyimlər nümayiş etdirilir. Eyni zamanda, kiprli sənətçilərin ifasında milli rəqslər təqdim olunur.
Qeyd edək ki, hazırda Bakıda Şimali Kipr Türk Respublikasının Mədəniyyət və Təqdimat Günləri keçirilir.
www.RIA24.az