Azərbaycan ABŞ-ın hərbi təchizatlarına çıxış əldə etməkdə maraqlıdır – Prezidentdən AÇIQLAMA

Siyasət

“Biz Azərbaycanın ABŞ-la modern texnologiyalar sahəsində hələ də aşağı səviyyədə olan ticarətini genişləndirmək istəyirik”.

Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ABŞ-ın hərbi təchizatlarına çıxış əldə etmək istəyir.

“Təəssüf ki, bizim buna çıxışımız yoxdur. Bu, Ermənistanla olan münaqişə ilə bağlı idi. İndi isə konflikt bitib. İndi niyə də ABŞ-la müdafiə sahəsində əməkdaşlıq olmasın?!”, – deyə Prezident əlavə edib. 

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir