BMT rəsmisi: “Azərbaycan su ehtiyatlarına görə ən çox əziyyət çəkən 20 ölkə arasındadır”

Siyasət


“Dünyada su hövzələrinin üç-dörd faizi içməli su kimi istifadə edilə bilər”.

“Trend” xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsi Muhammad Nasar Hayat ADA Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Kənd təsərrüfatı və qida elmləri fakültəsinin açılışı və Ümumdünya Qida Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan su ehtiyatlarına görə ən çox əziyyət çəkən 20 ölkə arasındadır.

“Azərbaycanda su ehtiyatlarının 70 faizdən çoxu kənd təsərrüfatı üçün istifadə olunur. Ümidvaram ki, Kənd təsərrüfatı və qida elmləri fakültəsi su ehtiyatlarının daha səmərəli istifadəsinə, həmçinin, kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək”, – deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda ADA Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Kənd təsərrüfatı və qida elmləri fakültəsinin açılışı və Ümumdünya Qida Günü ilə bağlı tədbir keçirirlər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir