“Bu gün Ermənistanın ordusu yoxdur, o, tamamilə məhv edilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrində deyib.
İlham Əliyev qeyd edib ki, Ermənistanda son altı ayda siyasi böhran yaşanır, erməni cəmiyyətində böyük inamsızlıq mövcuddur, qarşılıqlı ittihamlar var.
“Bəzi siyasətçilərin ritorikası isə qəbuledilməzdir”, – deyə dövlətimizin başçısı qeyd edib.
İlham Əliyev qeyd edib ki, hazırda gələcəyə baxmaq lazımdır və Azərbaycan buna hazırdır:
“Gələcəyə baxış planları Cənubi Qafqazda regional əməkdaşlığın tərkib hissəsidir”.
Aqşin Kərimov