“Xankəndidə və Xocalıda yüksəldilən bayraq heç vaxt enməyəcək”.
“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Xariciyə Təşkilatının yaradılmasının 500 illiyi ilə bağlı keçirilən tədbirdə deyib.
O, Azərbaycan Prezidenti İlham Əliyevi, xalqını və ordusunu tarixi qələbə münasibətilə təbrik edib:
“Bütün türk dünyasının həsrətlə gözlədiyi bir tarixi öz gözlərimizlə gördük və yaşadıq. Xankəndidə və Xocalıda yüksəldilən bayraq heç vaxt enməyəcək”.
www.RIA24.az