Deputat Milli Məclisin xüsusi iclasının keçirilməsini təklif etdi

Siyasət

Milli Məclisin iclasında deputat Fəzail Ağamalı parlamentin xüsusi iclasının çağırılmasını təklif edib. 

Oxu.Az-ın məlumatın görə, F.Ağamalı deyib ki, iclas bəzi dövlətlərin Azərbaycana qarşı qərəzli mövqeyi müzakirə edilməlidir.

“Bu gün Fransa ağını çıxarır. Başqa dövlətlərdən də bunu görürük”, – deyə F.Ağamalı əlavə edib. 

Millət vəkili qeyd edib ki, bu kimi məsələlər parlamentin xüsusi iclasında müzakirə olunmalıdır.

O, Milli Məclisin qətnamə qəbul etməsinin vacibliyini də vurğulayıb.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir