Rusiya Prezidenti Vladimir Putin oktyabrın 16-da Azərbaycan sərhədinədək uzanan yolun açılışında iştirak edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
V.Putin videokonfrans vasitəsilə Dağıstandan keçən və Azərbaycan sərhədinə kimi gələn “Qafqaz” yolunun açılışını edib.
Rusiya Prezidenti bu yolun “Şimal-Cənub” dəhlizinin inkişafında mühüm rol oynadığını və Azərbaycan Prezidenti ilə dəhlizin tikintisi məsələlərini müzakirə etdiyini bildirib.
www.RIA24.az