Azərbaycanda qiymətli daşların və mədəniyyət məhsullarının alqı-satqısı nağdsız formada aparılacaq

Siyasət


Azərbaycanda qiymətli metalların və qiymətli daşların alqı-satqısı zamanı ümumi məbləğ 15 min manatdan artıq olduqda ödəniş nağdsız qaydada həyata keçiriləcək.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə əsasən, Azərbaycanda dəyəri 15 min manatdan çox olan qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı nağdsız formada aparılacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir