Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyinin “X” sosial şəbəkə hesabında Azərbaycanda Müstəqilliyin Bərpası Günü münasibəti ilə paylaşım edilib.
Oxu.Az xəbər verir ki, paylaşımda qeyd olunur:
“Azərbaycan XX əsrin əvvəllərində əldə etdiyi müstəqilliyi əsrin sonlarında bərpa etməyə nail olub, istiqlalına sahib çıxıb. 18 oktyabr 1991-ci ildə alınan bu böyük qərarın ildönümündə TÜRKPA-nın qurucu üzvlərindən Azərbaycanın alicənab xalqını hörmətlə salamlayır, vətəni və bayrağı ilə əbədi istiqlalını təbrik edirik”. – qeyd olunub.
Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü mübarək olsun!https://t.co/xeKR5E7Uy8 pic.twitter.com/L5xFhSgBi2
— TURKPA (@TURK_PA) October 17, 2023
www.RIA24.az