Tahir Salahovla ilk tanişlığım 1991-ci ilin may ayında Moskva şəhərində SSRİ Rəssamlar İttifaqının binasında birinci katib işlədiyi zamana təsadüf etdi.
Tanışlığımıza səbəbkarlar Azərbaycanın Xalq Rəssamı Elbəy Rzaquliyev, əməkdar rəssam Nazim Babayev və bu gün də Almaniyada yaşayan soydaşımız Marqarita Kərimova-Sokolovanın Almaniyaya sərgiyə yola düşmək ərəfəsində oldu. Tahir Salahov hələ SSRİ dönəmində Azərbaycan Rəssamlarını müxtəlif mədəni tədbirlərdə və sərgilərdə iştirak etmələrinə dəstək olaraq demək olar ki, lobbiçilik siyasətini həyata keçirirdi.
Görkəmli rəssamla növbəti görüşüm Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunmuş 2001-ci ildə Dünya Azərbaycanlılarının 1-ci qurultayında oldu. Qurultay zamanı Tahir Salahovun soydaşlarımızla keçirdiyi görüşlər və verdiyi tövsiyyələr diasporanın inkişafında önəm daşıyırdı.
2018-ci ilin dekabr ayında Bakı Expo mərkəzində yubiley sərgisində iştirak edən dövlət başçisı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Tahir Salahov, şəxsi kataloqunu hədiyyə edərək, yekünda biz iştirakcilarada öz minnətdarlığını bildirdi.
Fırça ustası xarici ölkələrdə olduğu zaman müxtəlif mövzularda rəngli boya ilə yaratdığı əsərləri əslində dostluq simvolunu təsvir etməklə Azərbaycanı daim tərənnüm edir, həm də beynəlxalq arenada təmsil edir.
Əsərlərindəki milli çalarlar, multikultural dəyərlər Azərbaycan sevdalısı olmağını özündə əks etdirir. Onun dünyanın məşhur şəxsləri ilə görüşləri arasında nümunə üçün aktrisa Anastasiya Kinskayanın da Azərbaycana və azərbaycanlı rəssama maraq göstərməsi qürurvericidir.
Bu sətirləri qələmə aldıqda tələbələrimdən biri, hal-hazırda Moskva Xalqlar Dostluğu universitetinin doktorant – müəllimi Məmmədəli Həsənovla görüşdüm. Əslən Tovuzdan olan M.Həsənov ermənilərin növbəti təcavüzündən söhbət açaraq, Azərbaycan diasporunun Rusiyada mövqeyindən danışdı. Yazdığım məqaləyə münasibət bildirən Məmmədəli arzularını şərh etdi:
“Tahir Salahovla Moskva muzeyləri və qalareyalarında təqdim olunan əsərləri ilə tanışlığım ən xoş xatirəmdir. Soydaşımızın Rusiya Rəssamlıq Akademiyasının rəhbərliyində təmsil olunması ilə yanaşı Azərbaycanlı incəsənət xadimlərinə daim dəstəyi haqda eşitdiyimdən onunla əyani tanışlığa fürsət axtarırdım. Bu fürsətin Diasporla iş üzrə Dövlət komitəsi tərəfindən ərsəyə gəlməsinə inamımı artırdı. Tanışlıqda əsas məqsədim Azərbaycan adına gördüyü işlərə təşəkkürlə yanaşı, Bakıda Tahir adlı gənc rəssam dostum haqda ona danışmaq idi. Gənc rəssamın iş manerası, davranış və ünsiyyət mədəniyyəti sanki mənə filmlərdə gördüyüm Tahir Salahovu canlandırırdı.
Görkəmli xadimlə Bakıda görüşüb dostum haqqında danışmaqla yanaşı onun İçəri şəhərdəki ev-muzeyini ziyarət etmək arzum idi. Yagin bu günlərdə Qarabağın azadlığı qələbəsindən ruhlanan görkəmli rəssamımız yeni əsərləri ilə biz gəncləri sevindirəcək. Bizlərdə öz növbəmizdə Tahir Salahovun həyat salnaməsindən nümunə götürərək çalışdığımız sahələrdə vətənə, xalqımıza faydalı olacağıq. Tahir Salahovla görüşmək ümidi ilə, fikrini bitirərək maraqlı mövzuya görə təşəkkürünü bildirdi”.
P.S. Tahir Salahov həqiqətən Azərbaycanımızın fəxridir. Hətta iki gun öncə qərib eldə-uzaq Almaniyada görkəmli rəssami yaxalayan ölüm də onu bu statusdan məhrum edə bilmir. Çünki Tahir Salahov kimi böyük sənətkarlar hər zaman mənsub olduqlari xalqın fəxridirlər.
Alman-Azərbaycan Cəmiyyətinin sədri,
Professor Çingiz Abdullayev