“Azərbaycanın Ermənistanın ərazisinə daxil olması ilə bağlı ittihamlar absurddur”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankarada “Qarabağ zəfərindən sonra Azərbaycan” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
O bildirib ki, hələ sərhədlər müəyyənləşməyib:
“Kim iddia edə bilər ki, Azərbaycan Ermənistan ərazisinə daxil olub? Bu, yanlış düşüncədir. Sərhədlərin müəyyənləşməsinə ehtiyac var. Bunun hansı xəritə əsasında aparılacağı müəyyənləşdirilməlidir”.
Səfir qeyd edib ki, Azərbaycanın kimsənin ərazisində gözü yoxdur:
“Biz düşünürük ki, Cənubi Qafqaza sülh gəlməlidir. Biz Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul edib torpaqlarımızda yaşamasının tərəfdarıyıq”.
www.RIA24.az