Fransanın Ermənistandakı səfiri Azərbaycanla sərhədə gəldi – FOTO

Siyasət


Fransa Cənubi Qafqazda sülh prosesini pozmaq üçün səylərini davam etdirir.

Bu dəfə Avropa ölkəsinin Ermənistandakı səfiri Olivye Dekotini buradakı Avropa İttifaqı (Aİ) missiyası ilə birlikdə Azərbaycanla sərhəd bölgəyə gəlib.

O, bu barədə sosial şəbəkə hesabında yazaraq Azərbaycanı Ermənistan ərazilərini işğal altında saxlamaqda ittiham edib.

Aİ-nin əsas üzvlərindən biri kimi Fransanın xüsusilə belə bir məqamda, Brüsseldə Bakı və İrəvan arasında ən yüksək səviyyədə danışıqların gözlənildiyi vaxtda təxribatçı fəaliyyətlə məşğul olması yalnız təəssüf doğurur.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir