Prezidentin xüsusi nümayəndəsi: “Özəl investorlar Daşaltı kəndində layihələrini təqdim etməyə başlayıblar”

Siyasət


“Özəl investorlar Daşaltı kəndində layihələrini təqdim etməyə başlayıblar”.

“Trend” cümə axşamı xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov “Xəzər İnşaat Həftəsi” çərçivəsində panel müzakirələrdə deyib.

Onun sözlərinə görə, memarlarla birlikdə kəndin yeni planı hazırlanıb və təqdim olunub.

“Daşaltı kəndində özəl investorlar öz layihələrini təqdim etməyə başlayıblar. Dövlət minimal xərc çəkərək yalnız kommunikasiya xətlərini çəkəcək və yol salacaq. Qalan tikinti işləri özəl investorlarla görüləcək. Biz Daşaltı kəndinin əsas inkişafını turizm istiqamətində görürük”, – A.Kərimov deyib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir