Qaston Samüt: “Fransa insan hüquqlarına hörmət etmir”

Siyasət


“Fransa insan hüquqlarına hörmət edən bir ölkə kimi qəbul edilsə də, əslində, bu, belə deyil”.

“Report” xəbər verir ki, bunu Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının nümayəndəsi Qaston Samüt mətbuat konfransında bildirib.

O vurğulayıb ki, hazırda bir çox dövlətlər beynəlxalq dəstək gözləyir:

“Onlar Fransanın müstəmləkəçiliyi probleminin həlli üçün Qoşulmama Hərəkatına daxil olan ölkələrlə fəal əməkdaşlıq edirlər. İlk növbədə, biz öz ərazilərimizdə bu prosesi sürətləndirməyə çalışmalıyıq”.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcəklər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir