Davi Bolo: “Fransa beynəlxalq sənədlərə hörmət etmir”

Siyasət


“Fransa xalqımıza qarşı qanunsuz siyasət aparıb”.

Oxu.Az-ın məlumatına əsasən, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda kanakların (Yeni Kaledoniyada məskunlaşmış Melaneziya aborigenləri – red.) təmsilçisi Davi Nikolas Bolo deyib.

“Biz istərdik ki, bütün müharibə qurbanlarını yad edək. Günahsız insanlar bütün regionlarda atəş altına düşür, öldürülür. Yurdumuzda yoxsulluq artmaqdadır. Fransa absurd şəkildə müstəmləkəçilik siyasətini davam etdirir”, – deyə o əlavə edib.

Onun sözlərinə əsasən, BMT tərəfindən dekolonizasiya prosesinə başlanılsa da, Fransa beynəlxalq sənədlərə hörmət etmir.

“1975-ci ildə seçim edildi və müstəqillik uğrunda vuruşmaq istədik. 1981-ci ildə əsas partiyanın rəhbəri bu hərəkatda fəal olmağa çalışdı və öldürüldü. Birinci ağdərili insan idi ki, hüquqlarımız uğrunda mübarizə aparırdı və o öldürüldü”, – Davi Nikolas Bolo əlavə edib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupe, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir