Türkiyəli ekspert: “Azərbaycan Qafqazda daimi sülh üçün çalışır və ədalətli mövqe tutur”

Siyasət


“Qafqazda daimi sülhün bərqərar olması üçün Azərbaycanın davranışları ədalətli və nümunəvidir”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Strateji İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Vəqfinin (SETA) sədri Burhaneddin Duran bildirib.

Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın son zamanlar verdiyi bəyanatları Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün müsbət addım hesab etmək olar:

“Təbii ki, bunun üçün sərhədlərin dəqiq müəyyən edilməsi, hansı ilin xəritəsinə istinad olunması, Zəngəzur dəhlizinin açılması çox önəmlidir. Bu proseslərdə tərəflərin bir araya gəlmələri başlanğıcdır. Tərəflərin intiqamı, nifrəti davam etdirmək yox, eyni coğrafiyada sülh və sabitlik içində yaşamaları üçün müvafiq həll yolunu tapmaları vacibdir. Bu baxımdan, Azərbaycan ədalətli təkliflər irəli sürür”.

Ekspert söyləyib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası üçün sentyabrın 19-da həyata keçirilən antiterror tədbirləri təqdirəlayiqdir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir