Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş voleybol çempionatına yekun vurulub – FOTO

Siyasət


16-20 oktyabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Nazirliyin qurumları arasında ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş voleybol üzrə çempionat keçirilib.

İdman-sağlamlıq klubunun arenasında keçirilən çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 15 komandadan 140-a yaxın əməkdaş iştirak edib. Çempionatın baş hakimi Asif Əliyev olub.

Yarışın son günündə final görüşləri keçirilərək qaliblər müəyyən olunub.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra qalib komandaları təbrik edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli və mənalı həyat yoluna tarixi-xronoloji nəzər salıb, dahi rəhbərin xalqımızın ictimai-siyasi, iqtisadi, mədəni və idman həyatının bütün sahələrində qazanılan nailiyyətlərdə misilsiz xidmətlərindən bəhs edib.

Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün respublikamızın idman ölkəsinə çevrildiyini, dünya idman arenalarında respublikamızı layiqincə təmsil edən idmançıların yetişdiyini iftixar hissilə dilə gətirən F.Musayev çıxışında FHN əməkdaşlarının idman uğurlarından da danışıb.

Qeyd edək ki, qurumlar arasında keçirilən voleybol çempionatında iştiak edən komandalar 4 qrupa bölünüb və 4 qrupdan 1-ci və 2-ci yerləri tutan komandalar növbəti tura vəsiqə qazanıb. 3-cü yer uğrunda keçirilən görüşdə Mülki müdafiə qoşunlarının komandası Xüsusi Riskli Xilasetmə Xidmətinin komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb. Finalda isə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandasına qalib gələrək yarışın qalibi olub.

Yarışın əzmkar komandası adına Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası layiq görülüb, veteran oyunçu isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı İlqar Hüseynov seçilib.

Çempionatın keçirilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Voleybol Federasiyası İctimai Birliyinin vitse-prezidenti Faiq Qarayev, Birliyin hakimlər komitəsi və FHN-in Tibb xidmətinin əməkdaşları fəxri fərmanlarla təltif olunublar.

Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir