Avstriya Aİ ətrafında böhranların “alov halqası” ilə əhatə olunduğunu bəyan etdi

Siyasət


Avropa İttifaqı (Aİ) münaqişələrin sərhədləri getdikcə daralan “alov halqası” ilə əhatə olunub.

Bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında bəyan edib.

Nazir əlavə edib ki, birlik yalnız bir böhrana diqqət ayıra bilməz.

“Avropanın ətrafında “alov halqası” yaranıb. Bizim hisslərimizə görə bu dairə durmadan kiçilir və getdikcə alovlanır… Bu təkcə Ukraynaya aid deyil; (Aİ) Azərbaycan və Ermənistandakı vəziyyət, Sahel dövlətləri (Afrika regionu) haqqında da düşünməlidir”, – deyə Şallenberq bildirib.

Eyni zamanda o, Aİ-nin Fələstin-İsrail münaqişəsinə konsentrasiyasına qarşı xəbərdarlıq edib. Avstriya XİN rəhbərinin fikrincə, bu, Aİ-nin digər böhranları nəzərdən salmasına səbəb olmamalıdır.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir