Oktyabrın 23-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin insan resurslarının inkişafına məsul şəxslərin ikinci görüşü keçirilib.
“Report” xəbər verir ki, bu barədə TDT-dən bildirilib.
Qeyd olunub ki, görüşdə Özbəkistan Prezidenti yanında Dövlət Xidmətlərinin İnkişafı Agentliyi sədrinin birinci müavini, TDT-yə üzv ölkələrin İnsan Resurslarının İnkişafı üzrə məsul qurum rəhbərləri və TDT Baş katibinin müavini iştirak ediblər.
Görüş zamanı tərəflər insan resursları sahəsində əməkdaşlığın təkmilləşdirilməsi, o cümlədən TDT-yə üzv dövlətlər arasında gənclər və təhsillə bağlı sahələrin inkişafı sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Tərəflər Türkiyənin təşəbbüsü ilə TDT çətiri altında Türk Dünyası İnsan Resursları İnstitutunun yaradılması imkanlarını da müzakirə ediblər.
Qeyd edək ki, görüşdə Azərbaycanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təmsil edib.
www.RIA24.az