“Cənubi Qafqazda sülhə ehtiyac var”.
Oxu.Az-ın məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan özünün “X” hesabında yazıb.
O bildirib ki, bütün region ölkələri ilə sərhədlər açıq olmalıdır, iqtisadi, siyasi, mədəni əlaqələri və bütün məsələləri diplomatik və dialoq yolu ilə həll edilməlidir.
“Xüsusilə bildirmək istəyirəm ki, biz sülhlə bağlı ideyalarımızı heç bir şəkildə regionumuzun maraqlarına qarşı qoymuruq. Çünki region dinc olarsa, ölkəmiz də dinc ola bilər. Mən sülh quruculuğunun bərpa olunmasını əsas siyasi öhdəlik hesab edirəm”, – deyə o vurğulayıb.
1/1 I Delivered this main message to the @EUParl_EN.The #South_Caucasus,needs peace,that is a state where all the countries of the region live with open borders,are connected by economic,political, cultural ties & tradition of solving all issues diplomatically & through dialogue pic.twitter.com/wjWbtIdISM
— Nikol Pashinyan (@NikolPashinyan) October 23, 2023
www.RIA24.az