Tehranda “3+3” formatında danışıqlar zamanı XİN başçıları münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.
Bu barədə görüşün yekunlarına dair birgə bəyanatda deyilir.
“Ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, nazirlər münaqişələrin sülh yolu ilə həllinin vacibliyini qeyd edirlər”, – deyə sənəddə bildirilir.
Bəyanatda suverenliyə və ərazi bütövlüyünə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, təhdidlərin və ya güc tətbiqinin qadağan edilməsi kimi məsələlərə öz əksini tapıb.
Sənəddə həmçinin Cənubi Qafqaz ölkələri arasında mədəni və iqtisadi əməkdaşlığın vacibliyi də vurğulanıb.
Mənbə: İnterfaks
www.RIA24.az