ABŞ Cənubi Qafqazda sülhü təşviq edən istənilən xoş niyyətli səyləri alqışlayır.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bəyan edib.
O, bildirib ki, Vaşinqton üçün Ermənistan – Azərbaycan danışıqlarının harada aparılmasının prinsipial fərqi yoxdur.
“Ermənistan – Azərbaycan məsələsinə gəlincə, biz bu danışıqların harada keçirilməsindən və hansı ölkə tərəfindən aparmasından asılı olmayaraq, Cənubi Qafqaz xalqları üçün sülh və sabitliyə kömək edən istənilən xoş niyyətli səyi alqışlayırıq”, – deyə o bildirib.
www.RIA24.az