Sumqayıt şəhər stadionunun direktoru: “Stadion bütün beynəlxalq standartlara uyğundur” – FOTO/VİDEO

Siyasət


“Stadionun 650 parklanma yeri var”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktoru Nadir Quliyev deyib.

 

N.Quliyev stadion haqqında məlumat verib:

“Sumqayıt şəhər stadionu 1966-cı ildə istifadəyə verilib. O vaxtdan 2019-cu ilə qədər fəaliyyət göstərib. 2019-cu ilin noyabrın 21-də prezidentin sərəncamı ilə yenudən quruldu. Bütün beynəlxalq standartlara uyğundur.

Stadionun nəzdində cüdo, karate və boks zalları fəaliyyət göstərir. Azərbaycanın milli komandasının oyunlarının keçirilməsi nəzərdə tutulur. Ondan əlavə bütün oyunları keçirməyə hazırıq.

Stadionumuzun 10 min tamaşaçı tutumu var. Müasir texnikalarla təchiz olunub. Konfrans zalımız da standartlara uyğundur. Stadionda 650 maşın üçün parklanma yeri var”.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli Sərəncamına əsasən 2020-ci ildə başlanılıb.

Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb.

Tamaşaçı tutumu 9 502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb.

Bildirilib ki, tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərəcək.

Burada, eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var.

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir