Türkiyəli nazir işğaldan azad olunmuş ərazilərə səfər edəcək

Siyasət

Mayın 31-də Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu Azərbaycana səfərə gələcək.

“Report”un əldə etdiyi məlumata görə, türkiyəli nazir səfər zamanı Füzuli rayonunda inşa edilən Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olacaq.

Səfərdə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevin də iştirak edəcəyi gözlənilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a bildirilib ki, bu səfərin təşkili nəzərdə tutulur və səfər çərçivəsində A.Karaismailoğlu Horadizdə inşa edilən bəzi infrastruktur obyektlərində işlərin gedişatı ilə tanış olacaq.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir