Rüstəm Minnixanov Prezident İlham Əliyevi təbrik edib

Siyasət

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti, “Rusiya-İslam Dünyası” Strateji Baxış qrupunun sədri Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi Tatarıstan Respublikasının sakinləri adından və şəxsən öz adımdan təbrik edirəm. Azərbaycan xalqı bir əsrdən çox bundan əvvəl öz ölkəsinin tarixində yeni səhifə açdı və əsası Azərbaycan Xalq Cümhuriyyətinin baniləri tərəfindən qoyulmuş fundamental azadlıq, mehriban qonşuluq, xalqın maarifləndirilməsi prinsipləri ölkənin mədəni kodunun tərkib hissəsinə çevrildi. Bu prinsiplər bu gün də aktual dövləti məsələlərin həllində mühüm rol oynayır.

Sizə və bütün həmvətənlərinizə Azərbaycan dövlətinin daim hərtərəfli dinamik inkişafı naminə fəal quruculuq yolunda yeni zəfərlər, gözəl bayram əhval-ruhiyyəsi, möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm.

Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış səmərəli əməkdaşlıqdan şadam, əlaqələrimizin daim möhkəmlənəcəyinə, Rusiya-Azərbaycan əlaqələri çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətimizin genişlənəcəyinə ümid edirəm”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir